09/12/2022
12:49
1058
| A A A
"Messi komandada qalmaq istəyir" - PSG-nin prezidenti

"Messi komandada qalmaq istəyir".

Goal.az xəbər verir ki, bunu Fransa PSG-sinin prezidenti Nasser Əl-Xəlaifi "Sky Sports"a Argentina millisinin futbolçusu Lionel Messinin klubdakı gələcəyi barədə danışarkən deyib.

Qətərli iş adamı bildirib ki, 35 yaşlı hücumçu Paris təmsilçisində xoşbəxtdir: "Bunu Messinin yığmanın heyətində dünya çempionatındakı çıxışından da görmək olar. Futbolçu narazı olanda, millidəki oyunu da alınmır. Cari mövsüm bizim üçün əla keçir. Leo çoxlu qol və məhsuldar ötürmə ilə yadda qalır. Ona görə də qərara aldıq ki, mundialdan sonra oturub yeni müqavilə məsələsini müzakirə edək. Hər iki tərəf bu əməkdaşlıqdan şaddır".

Qeyd edək ki, Lionel Messinin PSG ilə sözləşməsi 2023-cü ilin yayında başa çatacaq. (report)