Qarabağ və Neftçi azarkeşlərə görə cərimələnib
AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ"ı cərimələyib.
Goal.az xəbər verir ki, hər iki klub Premyer Liqanın XVI turunda keçirilmiş Azərbaycan derbisində azarkeşlərin davranışlarına görə ziyana düşüb.
"Ağ-qaralar" fanatları təhqiredici ifadələr işlətdiyi üçün 4 min manat ödəyəcək.
"Köhlən atlar" isə tərəfdarların pirotexniki vasitədən istifadə etməsinə görə 800 manat məbləğində cərimələnib.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə bitib.