09/12/2022
19:00
2931
| A A A
Ançelotti: "Keçid dövründəyik"

Real Madrid-in baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Goal.az xəbər verir ki, AS nəşrinə danışan italyan mütəxəssis futbolda keçid dövrünün olduğunu söyləyib:

“Rişarlison müasir hücumçudur. Ayağında topla çox dəqiq oynamasa da, lazım olan vaxtda düzgün yerdə olur. O, ən yaxşı hücumçular arasındadır.

Keçid dövründəyik. İbrahimoviç, Ronaldo, Suarez, Kavaninin dövrü sona çatır. Messi və Benzemanın isə 35 yaşı var. Levandovski də gələn il 35 olacaq. Onları Mbappe, Rişarlison, Holand, Alvarez və Nunyes əvəzləyəcək”. (futbolpress)

GÜNÜN ƏN ÇOX OXUNANLARI