03/08/2021
23:41
3875
| A A A
Co Hart məşhur klubla müqavilə bağladı

Tottenham-in qapıçısı Co Hart Celtic-ə keçib.

Goal.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2020-ci ildən Tottenham-də çıxış edən Hart ötən mövsüm 10 oyunda 8 qol buraxıb. Təcrübəli qapıçı 2008-2017-ci illərdə İngiltərə millisində çıxış edib.