20/04/2023
18:49
44952
| A A A
Ronaldo Səudiyyə Ərəbistanından deportasiya oluna bilər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldo bu ölkədən deportasiya oluna bilər.

Goal.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb portuqaliyalı futbolçunun "Əl-Hilal"a 0:2 hesabı ilə uduzduqları çempionat oyunundakı davranışıdır.

38 yaşlı hücumçu meydançanı tərk edərkən "Messi" şüarları səsləndirən rəqib komandanın azarkeşlərinə qeyri-etik jest edib.

Nuf ibn-Əhməd adlı vəkil sosial şəbəkə hesabında paylaşım edərək, Ronaldonu məhkəməyə verdiyini açıqlayıb: "Onun hərəkəti cinayət və əxlaqsızlıqdır. Həbs olunması və deportasiya edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Qeyd edək ki, Kriştiano Ronaldo "Əl-Nəsr"ə ötən ilin dekabrında keçib.

(Report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI