Mourinyo Real-a qayıda bilər
Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşan Real-da baş məşqçi postuna əsas namizəd məlum olub.
Goal.az xəbər verir ki, "kral klubu" yeni mövsümə Joze Mourinyo ilə başlaya bilər. Yayda Roma-dan ayrılacağı gözlənilən portuqaliyalı məşqçinin yenidən Madridə qayıtmaq ehtimalı yüksəkdir.
Mourinyo 2010-2013-cü illərdə Real-ın baş məşqçisi olub.