28/03/2023
00:54
54781
| A A A
Azərbaycan milli komandasından növbəti biabırçı nəticə

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

Goal.az xəbər verir ki, yığmamız F qrupunda 2-ci turda İsveçin qonağı olub.

Solna şəhərindəki "Frends Arena"da keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər matçında Avstriya Estoniyanı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub. Bu nəticədən sonra yığmamız qrup sonuncusudur.

F qrupu

22:45. İsveç - Azərbaycan - 5:0

Qollar: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65-avtoqol, Viktor Dyekereş, 79, Yesper Karlsson, 88, Antoni Elanqa, 89

GÜNÜN ƏN ÇOX OXUNANLARI