07/04/2020
13:40
1572
| A A A
Millinin baş məşqçisi istefaya göndərildi

Birləşmiş Ərəb Əmirlikləri yığmasının baş məşqçisi İvan Yovanoviç postundan ayrılıb.

Goal.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumatda Yovanoviçlə yanaşı, onun məşqçilər korpusunda yer alan digər mütəxəssislərin də istefa verdiyi diqqətə çatdırılıb.

Yovanoviç ötən ilin dekabr ayında BƏƏ yığmasına baş məşqçi təyin olunmuşdu. Onunla 6 aylıq müqavilə imzalanmışdı.

57 yaşlı serbiyalı mütəxəssis komandanı DÇ-2022 və Asiya Kuboku-2023-ün seçmə mərhələ oyunlarına hazırlamalı idi. Lakin koronavirus pandemiyası səbəbindən təcrübəli mütəxəssis BƏƏ yığmasını heç bir rəsmi oyuna çıxara bilməyib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6047 səs