25/03/2020
19:57
1085
| A A A
Fenerbahçe-da koronavirus şoku

Türkiyənin digər klubları kimi, Fenerbahçe-nın da futbolçuları və işçi heyəti koronavirus testindən keçib.

Goal.az xəbər verir ki, testlər nəticəsində komandanın bir oyunçusu və işçisində koronavirus aşkarlanıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Pandemiyaya yoluxan futbolçunun, həmçinin digər çalışanın kimliyi barədə məlumat verilməyib. Həmin şəxslər müalicə olunmaq üçün xəstəxanaya aparılıblar.