08/11/2019
14:54
651
| A A A
Şenol Günəş karyerasını bitirəcəyi vaxtı açıqladı

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş karyerasını başa vuracağı tarixi açıqlayıb.

Goal.az xəbər verir ki, 67 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra məşqçi karyerasını bitirəcəyini bildirib. O, yığmanın son olaraq 2002-ci ildəki mundiala qatıldığını xatırladıb: "Həmin vaxt 48 il sonra dünya çempionatına iştirak etdik. Ümid edirəm ki, 2022-ci ildə də qatıla bilərik. Bu, mənim üçün final olacaq. Mətbuatdakı dostlara da manşet olsun".

Qeyd edək ki, Şenol Güneş 2000 - 2004-cü illərdə də Türkiyə millisinin baş məşqçisi olub. Yığma onun rəhbərliyi altında 2002-ci il dünya çempionatının bürünc mükafatını qazanıb.(report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39322 səs