12/09/2019
11:01
1440
| A A A
Kalyexon yeni müqavilədən imtina etdi

Napoli-nin yarımmüdafiəçisi Xose Kalyexon klubla müqaviləsinin müddətini uzatmaqdan imtina edib.

Goal.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Xose Mariya Kilon İtaliya mətbuatına açıqlamasında məlumat verib:

“O, yeni müqavilə bağlaya bilər. Amma hazırda bu barədə düşünmək istəmirik. Klub rəhbərliyi ilə yenidən danışmalıyıq. Onlar bizə öz təkliflərini bildiriblər. Sadəcə, həmin təklif bizi qane etməyib”.

Qeyd edək ki, Kalyexon 2013-cü ildə Madrid Real-ından Napoli-yə gəlib. Real-ın yetirməsi olan 32 yaşlı ispaniyalı forvard 3 il Espanyol-da da forma geyinib. Onun Napoli ilə mövcud müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33991 səs