12/09/2019
17:11
1162
| A A A
Səbail Avropa Liqasının 10 debütantı sırasında yer alıb

2018/2019 mövsümündə 10 fərqli ölkənin komandaları UEFA Avropa Liqasına vəsiqə qazanıb.

Goal.az UEFA-nın rəsmi hesabatına istinadən xəbər verir ki, bunların arasında Azərbaycan təmsilçisi Səbail də yer alıb.

"10-luğ"a Yeni Malatyaspor (Türkiyə), Vitebsk (Belarus), Jalgiris (Kaunas, Litva), RFS Riga (Latviya), Speranza (Moldova), Akademiya Pandev (Şimali Makedoniya), Legia (Polşa), Arsenal (Tula, Rusiya) və Mura (Sloveniya) da düşüb.

Çempionlar Liqasında isə bu mövsüm debüt edənlərin sayı 7-yə bərabərdir. Bunlar Saburtalo (Gürcüstan), Atalanta (İtaliya), Feronikeli (Kosovo), Riga (Latviya), Piast (Polşa), Krasnodar (Rusiya) və Ararat (Ermənistan) komandalarıdır.

Qeyd edək ki, Səbail Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya Universitatia-sına hər iki oyunda 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33962 səs