12/09/2019
19:40
3067
| A A A
“Burda olmaqdan zövq alıram” – Ronaldo

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo AÇ-2020-nin seçmə mərhələsində Litvanı məğlub etdikləri oyundan (5:1) sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu, 4 qol vurduğu oyunu belə şərh edib:

“Komandada hər şey yaxşı gedir. Burda olmaqdan zövq alıram. Təkcə qol vurduğum üçün deyil, milli komandanın yüksəldiyi səviyyə üçün də sevincliyəm.

Serbiya millisi ilə oyunumuz çox çətin alındı. Ancaq burda da qazanmaq vacib idi. AÇ-2020-yə daha da yaxınlaşırıq. Yaxın zamanda daha iki oyunumuz var, biri evdə, biri isə səfərdə. Bunlardan birini qazanmağın bizim üçün kifayət edəcəyini düşünürəm”.

Portuqaliya millisi AÇ-2020-nin seçmə mərhələsində yer aldığı B qrupunda 8 xalla 2-ci sıradadır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40014 səs