19/11/2019
13:15
1249
| A A A
Slovakiyalı hücumçu: "Azərbaycan millisini qiymətləndirməyə bilmərik"

"Bakıdakı oyunu necə yüksək səviyyədə keçirdiyimizi bilirik. Biz həmin matçı xatırlamalı və eyni cür çıxış etməliyik".

Goal.az-ın məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Robert Bojenik bu gün Trnavada Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə matçı barədə danışarkən deyib. 20 yaşlı hücumçu iyunun 11-də "Bakcell Arena"da qazandıqları 5:1 hesablı qələbəyə rəğmən, bu dəfə oyunun fərqli alınacağını söyləyib: "Rəqibi qiymətləndirməyə bilmərik. Bu, Bakıdakından fərqli qarşılaşma olacaq. Bizə ikinci matçımızı da belə keçirmək lazımdır".

Bojenik E qrupunun paralel keçəcək Uels - Macarıstan qarşılaşmasının heç-heçə ilə yekunlaşacağına ümid edəcəklərini də vurğulayıb: "Kardiff şəhərində bəxtin üzümüzə necə güləcəyinə baxacağıq. Orada nə baş verəcəksə, o da olacaq".

Qeyd edək ki, Anton Malatinski adına stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. (report)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1020 səs