Azərbaycan millisindən minimal hesablı qələbə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirir.
Goal.az xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığmasını qəbu edir.
İlk turunda səfərdə bu rəqibinə 0:1 hesabı ilə uduzan milimiz məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, Lixtenşteyn yığması qrupda keçirdiyi digər üç oyunun hamısında uduzub. Komandamızın yeganə qələbəsi isə Slovakiya ilə görüşdə olub.
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
Azərbaycan - Lixtenşteyn - 1:0
Qol: Barış Ekincier, 65
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Sumqayıt Arena”
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR