18/08/2022
15:24
1894
| A A A
Manchester City müdafiəçisini Marseille-ə göndərdi

Fransanın Marseille klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Liqa 1 təmsilçisi Manchester City-dən İssa Kaboreni heyətinə qatıb. Məlumatı klubun rəsmi saytı yayıb.

21 yaşlı sağ cinah müdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında Marseille-də keçirəcək. Fransızlar 20 milyon avro ödəməklə burkina fasolu oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, İssa Kabore son mövsümü icarə əsasında Fransanın Trua klubunda keçirib. Gənc müdafiəçi komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. (sportal)