Real Madrid futbolçusunu icarəyə göndərdi
Real Madrid futbolçusu Antonio Blankonu icarəyə verib.
Goal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi cari mövsüm Cadiz-də çıxış edəcək.
İspaniyalı oyunçunun icarə müddəti 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, Antonio Blanko Real Madrid-in yetirməsidir.