07/02/2023
14:49
1548
| A A A
Messi ilin ən yaxşısı oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci il üçün Cənubi Amerika zonası üzrə ən yaxşı futbolçunu və rəmzi komandanı açıqlayıb.

Goal.az xəbər verir ki, Argentina millisinin kapitanı və PSJ-nin futbolçusu Lionel Messi ilin ən yaxşısı seçilib.

Bölgə üzrə rəmzi komanda isə belədir:

Qapıçı: Emiliano Martinez (Argentina, Aston Villa )

Müdafiəçilər: Nikolas Otamendi (Argentina, Benfica), Tiaqo Silva (Braziliya, Chelsea), Kristian Romero (Argentina, Tottenham);

Yarımmüdafiəçilər: Rodriqo De Paul (Argentina, Atletico), Kazemiro (Braziliya, Real Madrid/Manchester United), Enzo Fernandez (Argentina, River Pleyt/Benfica), Vinisius Junior (Braziliya, Real);

Hücumçular: Neymar (Braziliya, PSG), Xulian Alvares (Argentina, River Pleyt/Manchester City), Lionel Messi (Argentina, PSG).

GÜNÜN ƏN ÇOX OXUNANLARI