23/12/2016
11:12
1093
| A A A
Roma derbisindən sonrakı sözlərinə görə cəzalandırıldı

"Lazio"nun yarımmüdafiəçisi Senad Luliçin "Roma" ilə derbidən sonra (0:2) rəqib müdafiəçi Antonio Rüdiqer haqqındakı fikirləri cəzasız qalmayıb. Goal.az xəbər verir ki, İntizam komitəsi bosniyalı futbolçunu 20 gün müddətinə diskvalifikasiya edib. Diskvalifikasiya A Seriyasında qış fasiləsi ərəfəsinə düşdüyünə görə Luliç cəmi 1 oyunda komandasına kömək etməyəcək. Bu oyun yanvarın 8-də "Crotone" klubuna qarşı olacaq. O, həmçinin 10 min cərimə ödəməli olacaq. Qeyd edək ki, Roma derbisindən sonra Luliç Rüdiqerin "Lazio" futbolçularını təxribata çəkməyə çalışdığını bildirmişdi.

"İki il əvvəl Ştuttqartda corab, kəmər satırdı. İndisə özünü fenomen hesab edir" - bosniyalı havbek qeyd etmişdi. Daha sonra Rüdiqerdən üzr istəməyi rədd edən futbolçu : "ağ dərililər də corab satır" - demişdi.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
60151 səs