13/02/2018
18:52
4133
| A A A
Qattuzo A seriyasının ən az qazanan məşqçisidir

"Milan"ın baş məşqçisi Cennaro Qattuzonun məvacibi 120 min avro təşkil edir. Goal.az xəbər verir ki, 40 yaşlı mütəxəsis bu baxımdan  A Seriyasında çalışan məşqçilər arasında sonuncudur. Qattuzo "rossoneri"nin əvəzedici komandasında işlədiyi vaxtdan göstərilən həcmdə məvacib almaqdadır. "Milan" rəhbərliyi ona təklif olunacaq yeni müqavilədə maliyyə şərtlərini yaxşılaşdırmağı planlaşdırır. Yeni anlaşma təklifi  komandanın nəticələrinə əsasən olacaq. Hazırda Qattuzonun işi rəhbərliyi qane edir. O, noyabrın sonunda komandaın sükanı arxasına keçmişdi.