11/07/2018
13:12
1951
| A A A
ABŞ korporasiyası Milan klubunun yeni sahibidir

ABŞ –ın tanınmış səhmdar korporasiyası Elliot Management Milan klubunun yeni sahibi olub. Goal.az xəbər verir ki, klubun əvvəlki sahibi, çinli biznesmen Li Yonhon borca görə klubdan əl çəkməli olub. O, korporasiyadan kredit şəklində aldığı 32 milyon avronu vaxtında ödəyə bilməyib. Ümumilikdə isə bu şirkət 2017 – ci ildə Milanın keçmiş sahibinə 303 milyon kredit verib. Klubun yeni sahibi Elliot Managment 50 milyon avro xərcləməklə Milan -ın maliyyə çətinliklərini stabilləşdirmək niyyətindədir. Qeyd edək ki, maliyyə qaydalarını pozduğuna görə, Milan klubu UEFA tərəfindən Avrora kuboku oyunlarından uzaqlaşdırılmışdı