18/07/2018
11:50
15466
| A A A
Napoli Juventus-a əks gediş etmək niyyətindədir

Napoli klubu Real-ın hücumşusu Kərim Benzema ilə maraqlanır.Goal.az xəbər verir ki, Neapol klubu heyətini gücləndirməklə, əzəli rəqibi Juventus– la rəqabətə davam gətirmək niyyətindədir. Klub rəhbərliyi hesab edir ki, "qoca senyora"nın Ronaldonu əldə etməsi A seriyasında rəqabəti artıracaq. Benzemanın transfer məsələsini Napoli –nin məşqçisi Karlo Ançelotti irəli sürüb. Ançelotti Kərim Benzemanı Real –dan tanıyır. Neapollular Benzemanın transferinə 45 milyon avro təklif etməyə hazırdır.