21/11/2018
18:28
2384
| A A A
İnter Perişiçi göndərir

İnter-in və Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiç klubdan ayrıla bilər. Goal.az xəbər verir ki, rəhbərlik xorvatın oyunundan narazıdır. İnter-də hesab edirlər ki, 29 yaşlı Perişiç əvvəlki səviyyədə deyil. Digər səbəb “neradzurra”nın heyəti gəncləşdirməsi planları ilə bağlıdır. Bununla belə, klub futbolçunun 35 milyon avrodan aşağı satılmayacağını bəyan edib. İtaliya klubu xorvatın əvəzinə Manchester United-dən Antoni Marsalyanı gətirməyi nəzərdə tutur. Maraqlıdır ki, italiyalıların bəyənmədiyi Perişiçlə məhz “qırmızı şeytanlar” maraqlanır.