22/11/2018
11:10
1837
| A A A
Juventus-un direktoru İnter-ə keçdi

Juventus-un keçmiş baş direktoru Cüzeppe  Marotta  İnter-ə keçib.

Goal.az xəbər verir ki, 8 illik dönəmdən sonra bu ilin sentyabr ayında Juventus-u tərk eləyən Cüzeppe Marotta İnter-ə keçib. İnter tərəfi hələ ki, rəsmi olaraq Marotta-nı təqdim etməsə də 61 yaşlı direktor artıq "neradzurri"lərin ofisində görüntülənib. İtaliya mediasında yayılan xəbərlərə görə Marottanın illik maaşı 3 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Juventus Cüzeppe Marottanın 8 illik dönəmində 7 dəfə İtaliya birinciliyi qazanıb və 2 dəfə UEFA Çempionlar Liqasının finalına çıxa bilib.

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
5 səs