23/11/2018
16:52
1342
| A A A
Karlo Ançelotti mahnı oxuya biləcəkmi?

Napoli mükafat qazansa baş məşqçisi Karlo Ançelotti mahnı oxuyacaq.

Goal.az xəbər verir ki, mütəxəssis özü belə deyib. “Çempionluq mənim arzumdur. Utopiya deyil. Utopiya həqiqətə çevrilə bilməz. Arzuya çatmaq isə mümkündür. Komandam istənilən turnirdə mükafat qazansa mahnı oxuyacağam. Oxumaq futboldan sonra mənim ikinci etirasımdır . Klubda intizam problemi yoxdur. Futbolçularla münasibətim çox yaxşıdır”,- Ançelotti deyib.

Baş məşqçi Napoli-nin prezidenti Aruelio De Laurentislə münasibətindən də danışıb: “Hələlik aramızda mübahisə baş verməyib. Heç uzun-uzadı müzakirələrimiz də olmayıb. Problemləri sakit halda həll edirik. Aramızda qarşılıqlı hörmət var”.

Xatırladaq ki, Napoli-nin keçmiş baş məşqçisi Mauriçio Sarri prezidentlə aralarındakı konfliktə görə klubdan ayrılıb.