24/11/2018
12:04
2224
| A A A
İtaliya klubu satışa çıxarıldı

İtaliya B Seriyasında çıxış edən Palermo klubu satışa çıxarılıb. 

Goal.az xəbər verir ki, bu barədə klubun prezidenti Maurisio Zamparini İtaliya mətbuatında açıqlamasında deyib.

O, danışıqların aparıldığını və bir neçə gündən sonra klubun yeni sahibinin müəyyənləşəcəyini bildirib.

Zamparini klubun səhmlərini 2002-ci ildə almışdı.

Qeyd edək ki, Palermo hazırda B Seriyasında mübarizə aparır və 11 turdan sonra 24 xalla liderdir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5724 səs