26/11/2018
09:40
1903
| A A A
Ronaldodan Juventus-da 2 rekord

Juventus-un portuqal hücumçusu Kriştiano Ronaldo rekord göstəriciyə nail olub.

Goal.az xəbər verir ki, futbolçu ilk 16 matçda 10 qol vurub. Juventus-un heyətində daha əvvəl heç bir futbolçu bu qədər qısa müddətdə rəqib qapısından 10 top keçirməyib.

Ulduz hücumçu futbol tarixində də yeni rekorda imza atıb. Futbolçu bu ilkə Avropanın güclülərdən ibarət 5 çempionatında 400 qol vurmaqla nail olub. O, Madridin Real klubunda da 311 dəfə fərqlənib.