26/11/2018
17:32
1305
| A A A
Rəhbərlik baş məşqçini dəstələyir

Milan-ın baş məşqçisi Cennaro Qattuzo İtaliya çempionatında Lazio (1:1) ilə oyunu şərh edib. Goal.az xəbər verir ki, çalışdırıcı oyundan razı qaldığını deyib. “Hesabda irəlidə olduğun vaxt müdafiədə oturanda belə olur. Nəticədən razıyam. Amma qalib gəlmək də olardı. Şansı buraxdıq. Zədəli futbolçularımız var. Onların tezliklə heyətə dönəcəyinə ümid edirəm. Düzü, bunun yaxın həftələrda baş verəcəyinə inanmıram. Hazırda oyun praktikası az olanlara üstünlük verməyə məcburam. Milan son 3 matçda qalib gələ bilmir. Rəhbərlik çətin anlarda məni dəstəkləyir. Münasibətimiz yaxşıdır”,- baş məçqçi bildirib.