02/12/2018
11:26
7276
| A A A
Ronaldodan 61 illik rekord

Juventus-un hücumçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 14-cu turunda Fiorentina ilə matçda Turin klubunun 61 il əvvəlki rekordunu təkrarlayıb.

Goal.az xəbər verir ki, portuqaliyalı hücumçu bu matçda İtaliya çempionatında 10-cu qolunu vurub. Bununla da o, 61 il ərzində 14 oyunda 10 dəfə fərqlənən oyunçu kimi seçilib. Buna qədər eyni nəticəni 1957/58 mövsümündə Con Çarlz göstərib.

Ronaldo bu ilin yayında Real Madrid-dən  Juventus-a transfer edilib. Juventus bunun üçün qarşı tərəfə 117 milyon avro ödəyib.

Daha əvvəl hücumçunun qolu Juventus-a A seriyasında ardıcıl 5-ci qələbəni qazanmağa kömək edib. 

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
15 səs