04/12/2018
15:33
1271
| A A A
Alleqri ilin məşqçisi seçildi

Alleqri A seriyasında ilin məşqçisi oldu Juventus-un baş məşqçisi Massimiliano Alleqri “PFA Awards” mükafatlandırma mərasimində A seriyası üzrə ilin məşqçisi seçilib. Goal.az xəbər verir ki, Milan şəhərində təşkil olunan səsvermədə Yuentus isə ilin komandası nominasiyasının qalibi olub. Alleqri mərasimdə deyib: “Hamıya minnətdaram. Xüsusilə hər gün bir yerdə olduğum futbolçulara. Bəxtim gətirib ki, belə bir klubla, ən yaxşı futbolçularla işləyirəm. Andre Pirlonun burada olmasına sevindim. Juventus güclü klubdur. İlin ən yaxşısı seçilirəmsə, komandama borcluyam. Sizinlə işləmək qürurvericidir”.