06/12/2018
11:19
870
| A A A
Milan-a yeni baş direktor təyin olunub

Milan-ın yeni baş direktor təyin olunub.

Goal.az xəbər verir ki, klubun səhmdarlarının bu gün baş tutan iclasında İvan Qazidisin təyinatı təsdiqlənib. 54 yaşlı xorvatiyalı funksionerlə 2020-ci ilin yayına qədər müqavilə bağlanılıb.

Qazidis ABŞ-ın Peşəkar Futbol Liqasının – MLS-in yaradıcılarından hesab olunur. O, 1994 - 2006-cı illərdə MLS-də müxtəlif vəzifələrdə çalışıb.

2009-cu ildə Arsenal-ın icraçı direktoru təyin olunan funksioner bu ilin sentyabrından Milan-da yer alıb.