07/12/2018
17:53
3033
| A A A
İtaliya klubunda yeni baş məşqçi

Genoa baş məşqçi postunu Çezare Prandeliyə həvalə edib.

Goal.az xəbər verir ki, məlumat klubun rəsmi “tvitter” səhifəsində yer alıb. Genoa İtaliya kubokunda Virtus Entella-ya uduzduqdan (əsas vaxtda 3:3, penaltilərdə 6:7) dərhal sonra bş məşqçi İvan Yuriçi istefaya göndərilib. Prandelli noyabrın 7-dən etibarən kluba rəhbərlik edəcək. Çalışdırıcının sonuncu iş yeri Birləşmiş Ərəb Əmirliyinin Əl-Nəsr komandası olub.

Yuriç oktyabrın 9-da Genoa-ya gətirilmişdi. İstefaya göndərilən David Ballardinini əvəzləmişdi. Klub A seriyasında 14 turdan sonra 14-cü pillədədir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5799 səs