05/01/2019
17:32
4865
| A A A
Zidan yeni iş yeri tapdı

Real Madrid-in keçmiş məşqçisi Zinəddin Zidan yayda Juventus-un sükanı arxasına keçə bilər.
Goal.az Mundo Deportivo-ya istinadən xəbər verir ki, Juventus-un baş məşqçisi Alleqri mövsümün sonunda klubdan ayrılacağını deyib. “Qoca senyora” bu postu Zidana həvalə eməyi düşünür.

Qeyd edək ki, Alleqri 2014-dən Juventus-da çalışır. Turin klubu onun rəhbərliyi altında 4 dəfə ölkə çempionu olub. 4 dəfə ölkə kubokunu və Superkuboku əldə edib.