12/01/2019
20:50
837
| A A A
Ünder Roma-nın ən yaxşısı seçildi

Roma-nın 2018-ci ilin ən yaxşıları müəyyənləşib. 



Goal.az xəbər verir ki, paytaxt klubunun azarkeşləri arasında aparılan sorğu nəticəsində Türkiyə yığmasının hücumçusu Cengiz Ünder “canavarlar”ın ən yaxşı gənc futbolçusu seçilib.

O, səslərin 62 faizini toplamaqla digər komanda yoldaşlarını qabaqlayıb. Sonrakı yerləri Nikolo Zaniolo ilə Castin Kluyvert tutub.

Roma-da 2018-ci ilin ən yaxşı qolunun müəllifi də Ünder olub. Onun ötən mövsüm Udinese ilə oyunda vurduğu qol ən yaxşı seçilib. Azarkeşlər 4 qol arasında 45 faiz səslə məhz Cengizin vurduğu qolu ən yaxşı hesab edib.

Xatırladaq ki, C.Ünder ötən mövsüm Roma-nın heyətində 32 oyuna çıxıb, 8 qol vurub. Bu mövsüm isə 23 oyun keçirən türk futbolçu artıq 6 qola imza atıb.