29/01/2019
18:38
1613
| A A A
Mihayloviçin yeni klubu bəlli oldu

Bologna-ın yeni baş məşqçisi məlum olub.

Goal.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Sinişa Mihayloviçə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Serbiyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Karyerası ərzində Milan, Torino, İnter, Sampdoria kimi komandaları çalışdıran Mihayloviç, 2012-2013-cü illər aralığında Serbiya millisinə rəhbərlik edib. 49 yaşlı mütəxəssisin son iş yeri Sporting klubu olub.

Qeyd edək ki, Bologna A Seriyasında 21 turdan sonra 14 xalla 18-ci pillədə qərarlaşıb.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
10394 səs