03/02/2019
15:31
6472
| A A A
Ronaldo Juventus-dan onun transferini istədi

Kristiano Ronaldo Juventus rəhbərliyinə maraqlı tələb ünvanlayıb.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı super ulduz keçmiş yoldaşlarından birini yeni komandasında görmək istəyir.

Belə ki, Ronaldo Real Madrid-də oynayarkən birlikdə çıxış etdiyi Kazemironun yenidən komanda yoldaşı olmasını istəyir. Hazırda mərkəz yarımmüdafiəçisi axtarışında olan Juventus-un Pol Poqbanı geri qaytarmaq istədiyi ilə bağlı xəbərlər də yayılıb.

Qeyd edək ki, Kazemironun Real-la müqaviləsi 2020-ci ilə kimi nəzərdə tutulub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
10390 səs