04/02/2019
13:14
1913
| A A A
Qattuzo: “Müdafiəçilər Pyantekdən qorxur”

Milan-ın baş məşqçisi Cennaro Qattuzo A seriyasının 22-ci turunda Roma ilə oyundan (1:1) danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı nəticədən razı qaldığını bildirib. “Yaxşı oynadıq. Birinci yarıda Roma üstünlüyünü qorudu. İkinci yarı bizim diqqətmiz altında keçdi. Romalıların əla komandası var. İstedadlı futbolçuları çoxdur. Müdafiəçilər yeni transferimiz Pyantekdən qorxur. Özünə çox rahat şəkildə boz zona yaratmağı bacarır. Müdafiəçiləri geri çəkilməyə vadar edir. Əla formadadır və komandaya fayda verir. De Rossi də yaxşı oynadı. 2006-nın dünya çempionatında bir yerdə olmuşuq. Mən çox yaşlaşmışam. O, əla görünür. Aramızda cəmi 6-7 yaş fərqi var. Amma mən sanki de Rossinin atası yerindəyəm”, - mütəxəssis bildirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28648 səs