05/02/2019
10:21
1003
| A A A
Spalletti üçün son şans

İnter-in baş məşqçisi Luçano Spaletti vəzifəsindən göndərilə bilər.

Goal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə, İnter-in A Seriyasının 22-ci turunda öz meydanında Bologna-ya 0:1 hesabıyla məğlub olduğu oyundan sonra klubun idman direktoru Cüzeppe Marottanın Spalettiylə görüşdüyü bildirilib.

İnter 23-cü turda keçiriləcək Parma-yla matçda da xal itirəcəyi təqdirdə, Spalettiylə yolların ayrılacağı gözlənilir.

Milan təmsilçisi A Seriyasında son üç oyunda Sassuolo-yla 0:0 hesablı heç-heçə edib, Torino və Bologna-ya isə 0:1 hesabıyla məğlub olub.

Qeyd edək ki, Parma – İnter matçı fevralın 9-da, saat 23:30-da start götürəcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
10397 səs