11/02/2019
11:00
3623
| A A A
Alleqri: "Ronaldo və Dibala bir yerdə oynaya bilər"

Juventus-un baş məşqçisi Massimilliano Alleqri İtaliya çempionatının 23-cü turunda Sassuola üzərində qələbəni (3:0) təhlil edib.

Goal.az xəbər verir ki, çalışdırıcı matça yaxşı başlamadıqlarını deyib. “Sassuola A seriyasında yeganə klubdur ki, mərkəzdə topa uzun müddət nəzarət etməyi bacarır. Əla yarımmüdafiəçiləri var. Oyuna uğursuz başladıq. Ötürmələrdə dəqiqlik çatmırdı. Sonradan özümüzü toparladıq. Qapımızı quru saxlamağı bacardıq. Vacib amildir. Balansı saxlamaq daha vacibdir. Ronaldo və Dibala bir yerdə oynaya bilər. Bu, vəziyyətdən asılı olacaq. Bəzi futbolçularımız ehtiyatda qaldığına görə narazılıq edir. Amma bəzən ehtiyat oyunçular arasında olmaq faydalıdır. Ən azı, özünü toparlamaq üçün bunu etməlisən”,- Alleqri bildirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22175 səs