06/05/2019
17:45
2317
| A A A
Maradonanı keçdi

Napoli İtaliya A Seriyasının 35-ci turunda Cagliari-ni məğlub edib.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüş Napoli-nin futbolçusu Dris Mertens üçün əlamətdar olub. Qarşılaşmanın 85-ci dəqiqəsində komandasının ilk qolunu vuran Mertens, Napoli-nin İtaliya A Seriyasında ən çox fərqlənən 3-cü futbolçusu olub.

Napoli-nin heyətində yerli çempionatda 82 qol vuran belçikalı hücumçu, bu göstəricidə sabiq futbolçu Dieqo Maradonanı geridə qoyub. Maradona Napoli-nin heyətində İtaliya çempionatlarında 81 qola imza atıb.

Napoli-nin klub tarixində ən çox qol vuran futbolçusu isə Antonio Voyakdır. Onun aktivində 102 qol var. İkinci sırada isə 100 qolla Marek Hamşikdir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22440 səs