09/05/2019
14:55
1601
| A A A
Belotti klubu ilə yeni müqavilə imzaladı

Torino klubu futbolçusu Andrea Belottinin müqaviləsinin müddətini uzadıb.

Goal.az xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı hücumçuyla müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belottinin müqaviləsinə “100 milyon avroya sərbəst qalır” maddəsi salınıb.

Cari mövsümdə 36 qarşılaşmaya çıxan Belotti, 15 qola imza atıb. Hücumçu, İtaliya millisinin də formasını geyinir.

Qeyd edək ki, Belotti ilə West Ham və Manchester United yaxından maraqlanırdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22436 səs