10/05/2019
14:20
1734
| A A A
Ranyerini Mourinyo əvəzləyə bilər

Roma-nın baş məşqçisi Klaudio Ranyeri mövsümün sonunda komandanı tərk edəcək.

Goal.az-ın məlumatına görə, bunu təcrübəli mütəxəssis özü açıqlayıb.

67 yaşlı çalışdırıcı keçirilən mətbuat konfransında gələn mövsüm "canavarlar"ın "sükanı arxası"nda olmayacağını açıqlayıb. Martda Eusebio Di Françeskonun yerinə gətirilən Ranyeri Roma-dakı işinin mövsümün sonunda başa çatacağını bəyan edib.

Qeyd edək ki, Roma rəhbərliyi bu posta Joze Mourinyonu gətirmək istəyir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16098 səs