11/05/2019
17:25
2532
| A A A
Konte seçimini etdi

İnter-in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Goal.az xəbər verir ki, "neradzurri"nı gələn mövsümdən Antonio Konte çalışdıracaq.

49 yaşlı mütəxəssislə danışıqlar artıq yekunlaşıb və tərəflər arasında ilkin müqavilə imzalanıb. Konte yeni komandası ilə 3 illik müqavilə imzalayacaq. Hətta ilk transferdə də razılıq əldə olunub. Rəhbərlik Manchester United-in hücumçusu Romelu Lukakunun transferini vəd edib.

Qeyd edək ki, Antonio Kontenin son klubu Chelsea olub.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16098 səs