12/05/2019
13:25
643
| A A A
Konte İtaliyaya qayıdır

Son olaraq Chelsea-ni çalışdırmış Antonio Konte İtaliyaya qayıdır.

Goal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis İnter-lə razılıq əldə edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Kontenin yeni mövsümdən İnter-in “sükanı arxasında” olacağı və “neradzurri” ilə 3 illik müqavilə imzalayacağı bildirilir.

Konte bir müddət əvvəl açıqlamasında Roma ilə razılığa gələ bilmədiyini demişdi.

Baş məşqçi karyerası ərzində Atalanta, Juventus, Chelsea kimi klubları çalışdıran Konte, 2018-ci ilin iyulundan işsizdir.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16097 səs