13/05/2019
21:21
1077
| A A A
Konte yenidən İtaliyada işləyə bilər

Chelsea-nin keçmiş baş məşqçisi Antonio Konte yenidən İtaliyada işləyə bilər.

Goal.az-ın məlumatına görə, məşhur mütəxəssis İnter-lə anlaşmağa yaxındır.

Bu barədə “SKY Sports”un italiyalı jurnalisti Fabrisio Romano xəbər yayıb. Bildirilib ki, onunla 2023-cü ilə kimi müqavilə nəzərdə tutulub.

Yaxın günlərdə detallar üzərində anlaşma əldə olunduqdan sonra müqavilə imzalanacaq.

Qeyd edək ki, Antonio Konte məşqçilik karyerası boyunca Juventus və Chelsea ilə yanaşı İtaliya yığmasında da işləyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21374 səs