14/05/2019
19:02
3128
| A A A
Juventus-a növbəti məşqçi namizədi

Juventus baş məşqçisi Massimiliano Alleqri ilə yollarını ayıra bilər.

Goal.az xəbər verir ki, turinlilər onu əvəzləyəcək mütəxəssisi müəyyənləşdirməklə məşğuldur.

Alleqrinin yerinə namizədlər sırasına Didye Deşamın da adı əlavə olunub. Hər şey Alleqri ilə "qoca sinyora"nın prezidenti Andrea Anyelli arasında sabah baş tutacaq görüşdən sonra bilinəcək. Əgər tərəflər ayrılıq qərarı versələr, o zaman Deşam da daxil olmaqla, namizədlərlə danışıqlar intensivləşəcək.

Qeyd edək ki, Didye Deşam hazırda Fransa yığması çalışdırır.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22175 səs