07/06/2019
11:52
1347
| A A A
Fiorentina-nın yeni sahibi məlum oldu

İtaliyalı əsilli Amerika milyarderi Rokko Kommisso Fiorentina futbol klubunu alıb.

Goal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kommisso Florensiya təmsilçisinə 2002-ci ildən rəhbərlik edən Andrea Della Valleni əvəzləyib.

O, "Mediacom" şirkətinə rəhbərlik edir. "Forbes" Kommissonun 4,8 milyard dollar əmlaka sahib olduğunu bildirir. Bu sahibkara idman aktivlərindən MLS-də çıxış edən New York Cosmos-un səhmlərə nəzarət paketi məxsusdur.

Qeyd edək ki, Fiorentina ötən mövsüm İtaliya A Seriyasını 20 komanda arasında 16-cı pillədə başa vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21581 səs