11/06/2019
14:29
4032
| A A A
Roma yeni baş məşqçini təqdim etdi

Roma-nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Goal.az-ın məlumatına görə, Paulo Fonseka "canavarlar"ın "sükanı arxası"na gətirilib.

Mozambik əsilli mütəxəssis yeni komandası ilə 2 illik müqavilə imzalayıb. Sözləşmədə müddətin daha 1 il uzadılması bəndi də var. Son 3 mövsümü Donetsk Shakhtar-unda keçirən 46 yaşlı çalışdırıcı ardıcıl 3 mövsüm "Qızıl dubl" edib.

Qeyd edək ki, Paulo Fonseka Shakhtar-dan əvvəl Porto və Braga kimi klublara da rəhbərlik edib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5190 səs