22/06/2019
11:41
3018
| A A A
İnzaginin yeni klubu müəyyənləşdi

Bologna-nın sabiq baş məşqçisi Filippo İnzagi özünə yeni iş yeri tapıb.

Goal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis B seriyasında çalışacaq.

Belə ki, İnzagi Benevento-nun "sükanı arxası"na keçib. İnzagi bu ilin yanvarında Bologna rəhbərliyi tərəfindən vəzifəsindən qovulmuşdu. O, yenicə müqaviləyə qarşılıqlı xitam verməyə razılaşıb və Benevento ilə münasibətləri rəsmiləşdirib.

Qeyd edək ki, Benevento ötən mövsüm B seriyasında 3-cü yeri tutsa da, pley-offda uduzaraq, elitaya yüksəlmək şansını əldən verib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34127 səs