10/07/2019
16:20
1443
| A A A
Milan-ın növbəti mövsüm üçün məşqçilər korpusu müəyyənləşdi

Milan klubu növbəti mövsüm üçün tam məşqçilər korpusu ilə müəyyənləşib.

Goal.az xəbər verir ki, "rossoneri"lər Sampdoria-dan gətirdikləri baş məşqçi Marko Giampaolonun köməkçilərinin adını mətbuata açıqlayıb. Maraqla qarşılanan təyinatlardan biri isə Milan-ın keçmiş futbolçusu, son olaraq Villareal-da çıxış edən Daniele Bonera-nın Giampaolonun köməkçisi təyin olunması olub. 

Francesco Konti - baş məşçinin köməkçisi

Samuele Melotto - fiziki hazırlıq üzrə məşqçi

Stefano Rapetti - fiziki hazırlıq üzrə məşqçi

Salvatore Foti - köməkçi

Fabio Micarelli - köməkçi

Daniele Bonera - köməkçi

Luigi Turki - qapıçılar üzrə məşqçi

Emiliano Betti - qapıçılar üzrə məşqçinin köməkçisi.

Qeyd edək ki, Milan-ı son mövsümdə klubun əfsanəvi futbolçusu Gennaro Qattuzo çalışdırmışdı.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22201 səs